(012) 496-06-03
(070) 268-28-57
Odnoklassniki.ru Facebook.com

Переводческие услуги с нотариальным заверением и апостиль

Компания "Wisdom" оказывает профессиональные услуги перевода текстов. Высокая квалификация и опыт наших переводчиков, позволяют нам обеспечить безупречное качество услуг перевода. Нашей компанией накоплен богатейший опыт перевода текстов самой разнообразной тематики, в том числе узкоспециализированных.

Мы переведем ваши документы, заверим нотариально, доставим по вашему адресу, при необходимости наши связи могут помочь вам получить апостиль за рубежом.

Удобные способы заказа и оплаты
Заказы можно пересылать и получать по электронной почте. Мы принимаем все виды оплаты - как безналичным расчетом, так и наличными платежами и электронными деньгами. Оплату можно произвести на нашем сайте пластиковой картой, Paypal, Webmoney, Western Union, Manigramma или банковским переводом. Мы работаем с любыми носителями информации.

Приемлемые цены
При подписании долгосрочных договоров компаниям предоставляются ощутимые скидки с учетом объёма, сложности и срочности переводов.

Diplomun təsdiqi zamanı tələb olunan sənədlər

1. Azərbaycan Respublikası Təhsil Nazirinin adına ərizə
2. Ali təhsil haqqında sənəd (əsli və dövlət notariusu tərəfindən təsdiq olunmuş Azərbaycan dilinə tərcümə edilmiş surəti)
3. Tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə (əsli və dövlət notariusu tərəfindən təsdiq olunmuş Azərbaycan dilinə tərcümə edilmiş surəti)
4. Ərizəçi öz hazırlıq səviyyəsinin müvafiq peşə fəaliyyətinə icazə verməsini və praktik təcrübəsini təsdiq edən sənədlər də təqdim edə bilər
5. Şəxsiyyəti müəyyən edən sənəd (müvafiq qaydada təsdiq olunmuş surəti)
6. Əmək kitabçası (müvafiq qaydada təsdiq olunmuş surəti)
7. Ali məktəbin əyani şöbəsindən məzun olanlar təhsil aldıqları müddətdə ali məktəbin yerləşdiyi şəhərdə yaşadıqlarını təsdiq edən sənədi (qeydiyyat vərəqəsi və ya müvafiq qaydada təsdiq olunmuş arayış) əlavə edirlər
8. Ali məktəbin qiyabi şöbəsindən məzun olanlar təhsil aldıqları müddətdə qış və yay sessiyalarında iştirak etmələrini təsdiq edən sənədləri (təsdiq olunmuş) də əlavə edirlər
9. Hərbi biletin surəti (müvafiq qaydada təsdiq olunmuş (notarial)).


Qeyd:
1. Rusiya Federasiyasında alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində leqallaşdırılmalıdır (Rusiya Federasiyası Təhsil Nazirliyi – 115162, Moskva şəh., Şabolovka küç., 33, 122-ci kabinet, əlaqə telefonu: 007-095-954-53-45).
2. MDB və digər xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respukblikasının sənədi verən ölkədəki səfirliyində (konsulluğunda) leqallaşdırılmalıdır.
Qaydaların 2.4 bəndinə əsasən bütün lazımi sənədlər təqdim olunduqdan sonra və Təhsil Nazirliyinin müvafiq təşkilatlara ünvanladığı sorğularına cavabların daxil olduğu gündən etibarən məsələyə 1 (bir) ay müddətində baxılır və ekspert qrupu tərəfindən qəbul ediləcək qərar barədə ərizəçiyə məlumat verilir.


Diqqət!
Nostrifikasiya ilə bağlı Təhsil Nazirliyinə müraciət edən vətəndaşların nəzərinə! Qaydalara əsasən toplanan bütün sənədlər, vətəndaşlar tərəfindən Təhsil Nazirliyində bu işə təyin olunmuş məsul əməkdaşa təqdim edilməlidir. Sənədlər yoxlanıldıqdan sonra qeydiyyata alınır və bu haqda vətəndaşa yazılı məlumat verilir. Digər yollarla Təhsil Nazirliyinə göndərilən sənədlər qeydiyyata alınmayacaq.
Məsləhətləşmə və sənədlərin qəbulu : Həftənin I, II, III, IV, V günü

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında 2000-ci il martın 16-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 18 iyul 2000-ci il
№ 919-IQ
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında


SAZİŞ
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Ukrayna Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 1997-ci il tarixli Sazişi rəhbər tutaraq, təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişafı və dərinləşdirilməsinə şərait yaradılmasını arzu edərək; təhsil sənədləri, elmi dərəcələrin qarşılıqlı tanınması normalarını müəyyən etmək məqsədi ilə aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir.
Maddə 2
Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır.
Maddə 3
Azərbaycan Respublikasının texniki-peşə və Ukraynanın texniki-peşə məktəblərini bitirmək haqqında verilən diplom və attestatlar işə qəbul edilərkən peşə və ixtisas dərəcəsindən asılı olaraq onların təhsil müddəti və təhsilin məzmunu uyğun gəldiyi halda qarşılıqlı surətdə tanınır və ekvivalent sayılır.
Maddə 4
Ukrayna Tərəfi Azərbaycan Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Ukrayna ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddəti və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.
Maddə 5
Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.
Maddə 6
Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.
Maddə 7 Dosent elmi adı verilməsi haqqında Azərbaycan Respublikasında verilmiş diplomlar və dosent elmi adı verilməsi haqqında Ukraynada verilmiş diplomlar qarşılıqlı şəkildə tanınır.
Maddə 8
Professor elmi adı verilməsi haqqında Azərbaycan Respublikasında verilmiş diplomlar və professor elmi adı verilməsi haqqında Ukraynada verilmiş diplomlar qarşılıqlı şəkildə tanınır.
Maddə 9
Tərəflər bu Sazişin həyata keçirilməsi üçün bir-birinə təhsil, elmi dərəcələr və adlar haqqında dövlət sənədlərinin nümunələrini, bu sənədlərin tərtibi və verilməsini tənzimləyən milli normativ aktlarını təqdim edirlər.
Maddə 10
Tərəflər bu Sazişin həyata keçirilməsi üçün məsləhətləşmələr aparır, təhsil sistemində, təhsil sənədlərinin adında, verilməsində və elmi adlar və dərəcələrin verilməsi ilə bağlı dəyişikliklər barədə məlumatlar və lazım olduğu halda rəsmi izahatlar verirlər.
Maddə 11 Tərəflər bu Saziş qəbul edildikdən sonra yarana bilən mübahisəli məsələlərin həlli üçün birgə ekspert komissiyası (bundan sonra «Birgə komissiya») yaradacaqlar. Tərəflər Birgə komissiyanın tərkibi haqqında məlumatı bir-birinə diplomatik kanallar vasitəsi ilə çatdıracaqlar. Birgə komissiya bu Sazişin əhatə etdiyi Tərəflərin təhsil müəssisələrinin mülkiyyət formasından asılı olmayaraq siyahısını mütəmadi yeniləşdirəcəkdir. Birgə komissiya zərurət olduqda işləyəcəkdir. İclasların yeri və tarixi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaqdır.
Maddə 12
Bu Sazişə əlavələr və dəyişikliklər Tərəflərin razılığı ilə onun ayrılmaz hissəsi olan müvafiq Protokollar vasitəsi ilə daxil ediləcəkdir.
Maddə 13
Bu Saziş Tərəflərin zəruri dövlətdaxili proseduraların yerinə yetirilməsi haqqında bir-birinə yazılı xəbərdarlıq etdiyi tarixdən qüvvəyə minir və beş il ərzində qüvvədə qalır.
Növbəti müddətin bitməsinə ən azı altı ay qalmış Tərəflər bir-birinə onun qüvvəsini ləğv etmək niyyəti haqqında yazılı şəkildə bildirməzsə, Sazişin qüvvəsi avtomatik olaraq daha beş il müddətinə uzadılır.
Əgər Sazişin qüvvəsi ləğv edilərsə, onun müddəaları Sazişin qüvvəsinin ləğv edilməsinə qədər verilmiş və əvvəlki müddəalarda adı çəkilmiş sənədlərə və Sazişin qüvvəsinin ləğv edilməsinə qədər Azərbaycan Respublikasına və yaxud Ukraynaya gəlmiş təhsil alanlara münasibətdə qüvvədə qalacaqdır.
Onların aldıqları təhsil haqqında sənədlərin ekvivalentliyi bu Sazişin müddəalarına uyğun olaraq tanınacaqdır.
Bu Saziş Bakı şəhərində 2000-ci il martın 16-da hər biri Azərbaycan, Ukrayna və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı olarsa rus dilində olan mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından (imza)
Ukrayna Nazirlər Kabineti adından (imza)